Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Prezident Tramp Azərbaycanla bağlı məqaləni paylaşdı

User 28 İyul 2026 - 10:39
tarmp meaql

ABŞ Konqresinin Respublikaçı üzvü Abe Hamadeh Azərbaycana səfəri, Prezident İlham Əliyevlə keçirdiyi görüş və Azərbaycanın strateji əhəmiyyətinə dair “Newsmax” portalında məqalə dərc edib.

ABŞ Prezidenti Donald Tramp həmin məqaləni özünün “Truth Social” hesabında paylaşıb.

Hamadeh yazısında bildirib ki, Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü ona ABŞ-nin etibarlı tərəfdaşlarla əməkdaşlığının əhəmiyyətini bir daha göstərib: “Azərbaycandan yenicə qayıtmışam və Prezident İlham Əliyevlə görüş keçirdim. Bu səfər bir daha göstərdi ki, Amerika etibarlı tərəfdaşlarla fəal əməkdaşlıq etdikdə onun təsiri daha güclü olur.”

Konqresmen Azərbaycanın geostrateji mövqeyinə də diqqət çəkərək qeyd edib ki, ölkə Avropa ilə Asiyanın kəsişməsində yerləşən, həm Rusiya, həm də İranla həmsərhəd olan mühüm enerji istehsalçısı, nəqliyyat qovşağı və təhlükəsizlik tərəfdaşıdır: “Azərbaycan Vaşinqtonda həmişə gündəmin mərkəzində olmasa da, dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir.”

Hamadeh vurğulayıb ki, Prezident Donald Trampın rəhbərliyi dövründə Ermənistan və Azərbaycan davamlı sülh istiqamətində mühüm irəliləyiş əldə edib və ABŞ bu prosesdə fəal iştirakını davam etdirməlidir: “Əgər Amerika liderlik etməsə, Rusiya və İran kimi rəqib güclər yaranan boşluğu doldurmağa çalışacaq.”

Qeyd edək ki, Abe Hamadeh iyun ayında Azərbaycana səfər edib, Prezident İlham Əliyev və digər yüksəkvəzifəli rəsmilərlə görüşlər keçirib. Görüşlərdə Azərbaycan-ABŞ münasibətləri, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan sülh prosesi və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.

AzPost.az

Post navigation

Previous: Saatlıda kooperativ təsərrüfatlara dəstək layihəsinin yekun tədbiri keçirilib
Next: “Veloreabilitasiya” layihəsinin dördüncü təlimi yekunlaşıb

Oxşar xəbərlər

IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
miqrantefqan
  • Dünya

Tramp 150-dən çox əfqanı deportasiya edir

User 31 Oktyabr 2026 - 10:41

xƏBƏR

IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
İran hərbi təcavüzlə üzləşəcəyi təqdirdə genişmiqyaslı cavab zərbəsi endirməyə hazır olduğunu bəyan edib. Ölkənin silahlı qüvvələri istənilən...
Read more about İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək? Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.