Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ Ukraynaya 400 milyonluq yardımı 2029-cu ilə qədər uzadır

User 28 İyul 2026 - 12:05 (Last updated: 28 İyul 2026 - 12:01)
abs ordu teyyare

ABŞ administrasiyası Konqresi məlumatlandırıb ki, Ukraynaya daha əvvəl təsdiqlənmiş 400 milyon dollarlıq hərbi yardım paketinin tam çatdırılması 2029-cu maliyyə ilindən tez başa çatmayacaq.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, Pentaqon may ayında Konqresə göndərdiyi məktubda yardımın 2029-cu maliyyə ili ərzində tam icra olunmasının planlaşdırıldığını bildirib. ABŞ-da 2029-cu maliyyə ili 2028-ci ilin oktyabrından başlayaraq 2029-cu ilin sentyabrında başa çatır.

Agentliyin yazdığına görə, Konqresin bəzi üzvləri yardımın bu qədər gec çatdırılmasını tənqid edərək narazılıqlarını ifadə ediblər. Onların fikrincə, təsdiqlənmiş vəsait Ukraynaya daha operativ şəkildə göndərilməlidir.

Məlumata əsasən, yardım paketinin 200 milyon dolları silah və sursatın alınmasına, 100 milyon dolları hərbi texnika və ehtiyat hissələrinə, 100 milyon dolları isə hərbi yüklərin daşınması xidmətlərinə sərf olunacaq.

Xatırladaq ki, ABŞ senatoru Dik Dörbin iyulun 21-də administrasiyanın Konqres tərəfindən təsdiqlənmiş 400 milyon dollarlıq yardımı Kiyevə göndərmədiyini bildirmiş və qərarın növbəti ABŞ prezidenti tərəfindən verilə biləcəyini söyləmişdi. ABŞ-ın müdafiə naziri Pit Heqset dinləmələr zamanı bu iddianı nə təsdiqləyib, nə də təkzib edib.

AzPost.az

Post navigation

Previous: Alimlərdən maraqlı kəşf –
Next: Türkiyə Gümrüyə gedən dəmir yolunu bərpa edir-

Oxşar xəbərlər

IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
miqrantefqan
  • Dünya

Tramp 150-dən çox əfqanı deportasiya edir

User 31 Oktyabr 2026 - 10:41

xƏBƏR

IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
İran hərbi təcavüzlə üzləşəcəyi təqdirdə genişmiqyaslı cavab zərbəsi endirməyə hazır olduğunu bəyan edib. Ölkənin silahlı qüvvələri istənilən...
Read more about İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək? Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.