Səudiyyə Ərəbistanı husilərə qarşı genişmiqyaslı əməliyyata hazırlaşır

Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşır. Bu barədə Yəməndəki mənbələrə istinadən “The Guardian” qəzeti məlumat yayıb.

Məlumata görə, Ər-Riyadın əsas məqsədi Qırmızı dənizin cənub hissəsindən neft ixracına mane olan təhlükələri aradan qaldırmaqdır.

Mənbələrin bildirdiyinə görə, Səudiyyə qoşunları Yəmənin şərq istiqamətində cəmləşir. Bu isə mərkəzi Yəmən istiqamətində mümkün quru əməliyyatına hazırlıq kimi qiymətləndirilir.

Bununla yanaşı, Səudiyyə Ərəbistanı husilərin Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında gəmilərə hücumlarının qarşısını almaq məqsədilə beynəlxalq hərbi-dəniz koalisiyası yaratmağa çalışır.

Qeyd edək ki, son aylarda husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumları bölgədə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib və beynəlxalq dəniz daşımalarına ciddi təsir göstərib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.