Qarabağ əhalisinin qayıdışını dövlət məqsədi kimi formaşdırmaq Ermənistan-Azərbaycan münaqişəsi məntiqini diriltmək deməkdir.
Azpost.info bildirir ki, bu sözləri Parlamentin sədri Ruben Rubinyan “Hayastan” fraksiyasının deputatlarının çıxışlarına toxunarkən səsləndirib.
Ermənistan parlamentində çıxış edən Ruben Rubinyan “Hayastan” fraksiyasının deputatlarının fikirlərinə münasibət bildirərkən Qarabağ ermənilərinin qayıdışı məsələsinə toxunub.
O, deputat Kristina Vardanyanın imzalanmış sənəddə Ermənistan-Azərbaycan münaqişəsini doğuran səbəblərə toxunulmaması ilə bağlı fikrinə cavab olaraq münaqişənin tarixinin 1988-ci ildən başlamadığını bildirib.
Rubinyanın sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin 1988-ci ildən əvvəlki tarixini nəzərə almaq lazımdır. O, münaqişənin başlanğıcını 1905-ci il hadisələri ilə əlaqələndirib.
Parlament sədrinin fikrincə, münaqişənin yaranmasının əsas səbəblərindən biri eyni coğrafi ərazidə ermənilər və azərbaycanlıların qarışıq şəkildə yaşaması olub.
“Münaqişələr imperiyalar zəifləyəndə başlayır”
Ruben Rubinyan digər amil kimi regiona imperiyaların təsirini göstərib. O bildirib ki, 1905-ci il hadisələrinin Rusiya imperiyasının ciddi problemlərlə üzləşdiyi dövrə təsadüf etməsi diqqət çəkir. Onun sözlərinə görə, imperiyanın həm daxili inqilabi proseslərlə, həm də Rusiya-Yaponiya müharibəsindəki məğlubiyyətlə üzləşməsi regiondakı proseslərə təsir göstərib.
Rubinyan hesab edir ki, oxşar proseslər imperiyalar zəiflədikdə, lakin eyni zamanda konkret regionda öz təsirlərini qorumağa çalışdıqda meydana çıxa bilər. Parlament sədrinin fikrincə, oxşar mərhələ 1988-ci ildə də təkrarlanıb.
Ruben Rubinyan deyib ki, Qarabağdan olan ermənilərin əvvəlki yaşayış yerinə qayıtmaq məsələsini dövlət məqsədinə çevrilməsi tamam başqa nəticələrə gətirib çıxara bilər. Rubinyanın fikrincə, Qarabağ əhalisinin qayıdışının dövlət siyasətinin əsas hədəflərindən biri kimi müəyyənləşdirilməsi münaqişə məntiqini yenidən canlandıra biləcəyini bildirib.
Rubinyan Ermənistanın hazırkı vəziyyəti qəbul etməli və gələcəyə yönəlməli olduğunu vurğulayıb.
O, Ermənistan ərazisində ermənilərlə yanaşı yezidilər, kürdlər, assuriyalılar, ruslar və Qarabağdan gələn ermənilərin yaşadığını qeyd edib. Azərbaycanlıların isə Azərbaycanda yaşadığını bildirib.
Parlament sədri çıxışının sonunda Ermənistanın əsas məqsədinin mövcud vəziyyəti qeydə almaq və uzunmüddətli sülhə nail olmaq olduğunu deyib.
Rubinyanın açıqlaması Ermənistanın Qarabağdan olan ermənilərin qayıdışı məsələsinə dövlət siyasəti səviyyəsində necə yanaşdığını göstərən mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər.