Ənənəvi mövsümlərarası keçidlə əlaqədar 19 sentyabrdan Bakı–Qəbələ–Bakı qatarlarının hərəkət qrafikində dəyişiklik ediləcək.
Azərbaycan Dəmir Yollarının (ADY) məlumatına görə, yeni qrafikə əsasən qatarlar:
Bakıdan Qəbələyə – şənbə günü;
Qəbələdən Bakıya – bazar günü hərəkət edəcək.
Sərnişinlərə sentyabrın 19-dan sonrakı səfərlərini planlaşdırarkən yeni qrafiki nəzərə almaq tövsiyə olunur.
Qeyd edək ki, dəyişiklik mövsümlərarası keçidlə əlaqədardır.