Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Lavrovdan Almaniyaya xəbərdarlıq:

User 06 Sentyabr 2026 - 18:40 (Last updated: 06 Sentyabr 2026 - 18:22)
lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniyanın Leypsiq şəhərinin hava limanında minalanmış dronun aşkarlanmasından sonra Rusiyaya qarşı atdığı addımların “əsl müharibənin başlanğıcı” sayıla biləcəyini bildirib.

“Leypsiq, hava limanı… Orada hansısa dron tapdılar. Dedilər ki, bu, Rusiya dronudur, heç kim araşdırmağa başlamadı. Bu, ümumiyyətlə, böyük mənada belə bir əsl müharibənin başlanğıcıdır”, – deyə nazir təbliğatçı Pavel Zarubinə müsahibəsində bildirib.

Avqustun əvvəlində Leypsiq/Halle hava limanında partlayıcı maddələrlə təchiz edilmiş bir neçə dron aşkarlanıb. Onlardan biri Ukraynaya məxsus hərbi-nəqliyyat təyyarəsinin yaxınlığında, digəri isə hava limanının yaxınlığında tapılıb.

Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt “hibrid hücum”un icraçılarının Rusiya dövlət strukturlarının sifarişi ilə hərəkət etdiyini bildirib.

Bundan sonra Almaniya hakimiyyəti Rusiyanın Bonndakı baş konsulluğunun və Berlindəki “Rus Evi”nin bağlanması, eləcə də ölkəyə daxil olan Rusiya vətəndaşlarına nəzarətin sərtləşdirilməsi barədə qərar qəbul edib.

Lavrov Berlinin bu addımlarını da şərh edib. “Xatırlayıram ki, İkinci Dünya müharibəsi, daha doğrusu, Böyük Vətən müharibəsi başlamazdan əvvəl almanlar da öz diplomatik nümayəndəliklərini bağlayırdılar”, – deyə o bildirib.

Nazir həmçinin Almaniya kansleri Fridrix Mertsin “əslində müharibə elan etməyə doğru getdiyini” deyib.

“Belə görünür ki, nasizmin bu metastazları üzə çıxmağa başlayır. Bu, təhlükəli hadisədir. Mənə elə gəlir ki, Rusiya rəhbərliyi müvafiq nəticələr çıxaracaq”, – Lavrov vurğulayıb.

Bundan əvvəl Dobrindt Almaniya hakimiyyətinin Rusiyanın hibrid hücumlarına qarşı mübarizə aparmaq üçün kompleks plan hazırladığını açıqlamışdı.

AzPost.az

Post navigation

Previous: İranla müharibə “əbədi müharibə”yə çevrilə bilər –
Next: Qlobal fəlakət baş versə, bu 7 ölkə daha dayanıqlı olacaq

Oxşar xəbərlər

putin uitkof
  • Dünya

ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların növbəti mərhələsi başlayır

User 21 Oktyabr 2026 - 21:39
abs iran danisiq
  • Dünya

İran ABŞ-a 7 maddəlik plan təqdim etdi – Müharibə nə vaxt dayanır?

User 21 Oktyabr 2026 - 21:31
putin uitkof
  • Dünya

Putin noyabrda ABŞ və Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib – AÇIQLAMA

User 21 Oktyabr 2026 - 18:30

xƏBƏR

putin uitkof
  • Dünya

ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların növbəti mərhələsi başlayır

User 21 Oktyabr 2026 - 21:39
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff müharibənin dayandırılmasına yönəlmiş Rusiya, Ukrayna və Avropa nümayəndələri ilə danışıqların konstruktiv...
Read more about ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların növbəti mərhələsi başlayır
İran ABŞ-a 7 maddəlik plan təqdim etdi – Müharibə nə vaxt dayanır? abs iran danisiq
  • Dünya

İran ABŞ-a 7 maddəlik plan təqdim etdi – Müharibə nə vaxt dayanır?

User 21 Oktyabr 2026 - 21:31
Ərdoğan Prezident İlham Əliyevə zəng edib ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

User 21 Oktyabr 2026 - 19:54
Putin noyabrda ABŞ və Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib – AÇIQLAMA putin uitkof
  • Dünya

Putin noyabrda ABŞ və Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib – AÇIQLAMA

User 21 Oktyabr 2026 - 18:30
“Şahdəniz”də yeni mərhələ – Kompressiya layihəsi Azərbaycana nə qazandıracaq? Şahdəniz
  • Baş Yazı

“Şahdəniz”də yeni mərhələ – Kompressiya layihəsi Azərbaycana nə qazandıracaq?

User 21 Oktyabr 2026 - 18:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.