İran Qafana yeni baş konsul təyin etdi

İran Ermənistanın Qafan şəhərinə yeni baş konsul təyin edib. Bu vəzifəyə Davud Yayıcı gətirilib.

İranın Qafandakı yeni baş konsulu Ermənistana yola düşməzdən əvvəl ölkənin xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb və yeni vəzifəsində həyata keçirəcəyi fəaliyyət planını təqdim edib.

XİN rəhbəri Əraqçi Yayıcıya yeni vəzifəsində uğurlar arzulayıb.

Yayıcı bu vəzifədə Murtəza Abedin Varamini əvəz edib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.