Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi

User 15 Sentyabr 2026 - 09:17 (Last updated: 15 Sentyabr 2026 - 09:17)
xankendi mekteb02

Sentyabrın 15-də Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarındakı ümumtəhsil məktəblərində yeni tədris ilinin başlanması ilə əlaqədar tədbirlər keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bu il Xankəndi şəhəri, Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbin 1-ci sinfinə 110 şagird qəbul olunub və hazırda məktəbdə 1052 şagird təhsil alır.

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində fəaliyyət göstərən 1 nömrəli tam orta məktəbdə də keçirilən Bilik Günü tədbiri, doğma yurda qayıdan keçmiş məcburi köçkün ailələrin övladları üçün xüsusi əhəmiyyət daşıyıb. Məktəb rəhbərliyi çıxışında Kərkicahanda məktəb zənginin yenidən səslənməsinin illər sonra qəsəbədə həyatın yenidən canlanmasının göstəricilərindən biri olduğunu deyib. Bildirilib ki, ötən il istifadəyə verilən orta məktəbdə 323 şagird təhsil alır, bu il birinci sinfə 14 şagird qəbul edilib.

Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən tədbir də ilk dərs gününün sevinc və həyəcanı ilə yadda qalıb.Məktəb rəhbərliyi şagirdlərə müraciət edərək, onların azad Xocalının gələcəyini formalaşdıracaq nəsil olduğunu bildirib. Ümumilikdə təhsil ocağında 248 şagird təhsil alır, onlardan 11-i bu il birinci sinfə qədəm qoyub.

Xocalı rayonunun Balllca kənd tam orta məktəbində keçirilən Bilik günündə də məlumat verilib ki, burda ümumilikdə 192 şagird təhsil alır və bu il 11 uşaq birinci sinfə qəbul olunub. Yeni dərs ilinin başlandığı gün Ağdərə rayonunun Suqovuşan kənd tam orta məktəbində də böyük coşqu ilə keçirilib. Qeyd olunub ki, bu məktəbdə 87 şagird təhsil alır, bu il birinci sinfə 14 şagird qəbul olunub.

Ağdərə rayonunun Vəngli kəndində də yeni dərs ilinə həsr olunmuş tədbirdə bildirilib ki, Vəngli kənd tam orta məktəbində hazırda 93 şagird təhsil alır və bu il 4 şagird birinci sinfə qəbul olunub. Həsənriz kəndində fəaliyyət göstərən tam orta məktəbdə isə ümumilikdə 159 şagird təhsil alır, bu il 15 şagird birinci sinfə gedəcək.

AzPost.az

Post navigation

Previous: Azərbaycanda Bilik Günü qeyd olunur
Next: Bu günə olan valyuta məzənnələri

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
Alimlərin və kosmetologiya mütəxəssislərinin araşdırmaları dəriyə qulluqda təbii vasitələrin mühüm rol oynadığını göstərir. Bunun səbəbi onların dərinin...
Read more about Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
“Müharibəni mən yox, 1979-cu ildə İran bizə qarşı başlayıb” -TRAMP tramp cixis
  • Dünya

“Müharibəni mən yox, 1979-cu ildə İran bizə qarşı başlayıb” -TRAMP

User 30 Oktyabr 2026 - 20:42
ABŞ-a göndərilən Rusiya dizelini almaq istəyən yoxdur – Şirkətlər geri çəkilir tanker dizel
  • İqtisadiyyat

ABŞ-a göndərilən Rusiya dizelini almaq istəyən yoxdur – Şirkətlər geri çəkilir

User 30 Oktyabr 2026 - 20:32
Rusiya, Ukrayna və ABŞ arasında görüş noyabrda keçiriləcək – Tarix razılaşdırılır tramp putin zelenski
  • Dünya

Rusiya, Ukrayna və ABŞ arasında görüş noyabrda keçiriləcək – Tarix razılaşdırılır

User 30 Oktyabr 2026 - 20:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.