Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“Biz sülhü Ermənistan xalqı ilə bağlamaq istəyirik” –

User 02 Oktyabr 2026 - 12:18 (Last updated: 02 Oktyabr 2026 - 12:18)
hikmet haciyev

Azərbaycan sülhü yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyir.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda çıxışı zamanı deyib.

Hikmət Hacıyev bildirib ki, hazırda regionda faktiki sülh və təhlükəsizlik mövcuddur və bunun qorunması Cənubi Qafqazın daha geniş regional proseslərin mənfi təsirlərindən qorunması baxımından əhəmiyyətlidir: “Yaxşı xəbər ondan ibarətdir ki, Qafqazda sülh və təhlükəsizlik var. Əgər Qafqazda təhlükəsizlik və sülh təmin olunmasaydı, yəqin ki, regionumuzda tamamilə fərqli vəziyyət və reallıqlarla üzləşə bilərdik”.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanla uzun illər davam edən münaqişənin həllindən sonra sülhün əldə olunmasını və onun praktik müstəvidə möhkəmləndirilməsini prioritet hesab edir: “Biz həmişə deyirdik ki, müharibəni qazanmışıq, amma daha vacib məsələ sülhü də qazanmaq idi. Bu, həqiqətən də böyük səylər tələb edən bir prosesdir. Bunun üçün strateji düşüncə, səbir və Prezident İlham Əliyevin liderliyi lazım idi”.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan bu sülhü yalnız Paşinyan hökuməti, Baş nazir Paşinyanla bağlamaq istəmir: “Biz bu sülhü Ermənistan xalqı ilə bağlamaq istəyirik. Azərbaycanın məqsədi gələcək nəsillərin münaqişənin nəticələrindən əziyyət çəkməsinin qarşısını almaq və sülh gündəliyini uzunmüddətli regional sabitliyə çevirə biləcək mexanizmlər yaratmaqdır”.

AzPost.az

Post navigation

Previous: Sumqayıtdakı məktəbdə 21 şagird zəhərlənib
Next: Nəsimidə bələdiyyə fəaliyyəti mövzusunda tədbir keçirilib

Oxşar xəbərlər

ilham aliyev
  • Siyasət

Prezident televiziya və radio işçilərini təbrik edib

User 15 Noyabr 2026 - 20:03
ilham mahmud abas
  • Siyasət

İlham Əliyev Fələstin prezidentini təbrik edib

User 15 Noyabr 2026 - 12:00
xin
  • Siyasət

Azərbaycan “Avropa Siyasi Birliyi”nin üç sənədini imzalamaqdan imtina edib

User 13 Noyabr 2026 - 13:02

xƏBƏR

Milliön
  • Sosial

MilliÖn-dən 500 manatdan çox ödəniş edənlər üçün -Şəxsiyyət təsdiqi tələb olunacaq

User 16 Noyabr 2026 - 22:01
MilliÖn terminalları vasitəsilə 500 manatdan artıq məbləğdə ödəniş və ya pul köçürməsi etmək istəyən istifadəçilər şəxsiyyətlərini rəqəmsal...
Read more about MilliÖn-dən 500 manatdan çox ödəniş edənlər üçün -Şəxsiyyət təsdiqi tələb olunacaq
Uşaqların psixoloji sağlamlığı üçün vacib məkan – Parkların gözlənilməz faydası park usaqlar
  • Maraqlı

Uşaqların psixoloji sağlamlığı üçün vacib məkan – Parkların gözlənilməz faydası

User 16 Noyabr 2026 - 21:46
“İran 9 min PUA atıb, cəmi ikisi hədəfə dəyib” – TRAMP tramp
  • Dünya

“İran 9 min PUA atıb, cəmi ikisi hədəfə dəyib” – TRAMP

User 16 Noyabr 2026 - 20:17
Ehtiyac meyarı niyə 314 manat olmalıdır? – İqtisadçıdan hökumətə çağırış Pensiya
  • Sosial

Ehtiyac meyarı niyə 314 manat olmalıdır? – İqtisadçıdan hökumətə çağırış

User 16 Noyabr 2026 - 20:13
Litva da Rusiya ilə sərhədi bağlaya bilər – Estoniyanın qərarına dəstək verdi litva parle
  • Dünya

Litva da Rusiya ilə sərhədi bağlaya bilər – Estoniyanın qərarına dəstək verdi

User 16 Noyabr 2026 - 19:19
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.