Komissiya sədrinin müavini: Suriyada 200 minə yaxın vətəndaş itkin düşüb

Suriyada 100 mindən çox, bəzi hesablamalara görə isə 200 minə yaxın insan itkin düşmüş hesab olunur.

Bunu Suriyanın İtkin Düşmüş Şəxslər üzrə Milli Komissiyasının (NCMP) sədr müavini Ammar Alesah İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransın panel sessiyasında deyib.

O bildirib ki, Suriyada itkin düşmüş şəxslərin dəqiq sayı hələ müəyyən edilməyib.

Ammar Alesahın sözlərinə görə, 2025-ci ilin mayında Suriyada yeni hökumət ilk dəfə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və onların ailələrinin hüquqlarının müdafiəsi ilə məşğul olan milli qurum yaradıb.

Sədri müavini qeyd edib ki, Suriyada Bəşər Əsəd rejimi dövründə bir sıra insanlar yoxa çıxıb, həbs edilənlər olub, eyni zamanda, İŞİD-in oğurladığı, hərbi əməliyyatlar və miqrasiya nəticəsində itkin düşən suriyalılar var.

O əlavə edib ki, komissiyanın əsas prioritetlərindən biri müxtəlif qurumlarda olan məlumatların bir yerə toplanması üçün milli çərçivənin yaradılmasıdır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.