Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

2035-ci ilə qədər jurnalistlərin yarısı işini itirəcək – Süni intellekt media bazarını dəyişir

User 22 Oktyabr 2026 - 17:07
suni intelekt is

Süni intellekt və böyük texnologiya şirkətlərinin təsiri nəticəsində 2035-ci ilə qədər Almaniyada jurnalistlərin sayı iki dəfə azala bilər.

Azpost.info bildirir ki, bu, ARD, ZDF və Deutschlandradio-nun sifarişi ilə aparılan yeni araşdırmada Almaniya media bazarının qarşıdakı 10 ildə inkişafı üçün nəzərdə tutulan dörd mümkün ssenaridən ən bədbinidir.

Araşdırmaya görə, 2023-cü ildə Almaniyada təxminən 40 min peşəkar jurnalist fəaliyyət göstərib. Müxtəlif ssenarilərdən asılı olaraq, 2035-ci ilə qədər onların sayı 12–50 faiz azala bilər. Bundan başqa, media şirkətlərinin gəlirlərində də ciddi geriləmə baş verə bilər. Sektor qarşısında duran əsas çağırışlar süni intellekt və iri texnologiya şirkətlərinin getdikcə artan təsiridir.

Media bazarını texnologiya nəhəngləri ələ keçirə bilər

Xüsusilə “Big Tech Takeover” — “İT nəhənglərinin bazarı ələ keçirməsi” adlanan ssenari olduqca bədbin görünür. Bu proqnoza əsasən, texnologiya korporasiyaları media bazarına demək olar ki, tam nəzarət edəcək, ənənəvi media qurumları isə əsasən həmin platformalar üçün məzmun istehsal edən vasitəçilərə çevriləcəklər.

İT şirkətləri istifadəçilərin hansı xəbərləri, videoları və digər materialları görəcəyini daha çox müəyyənləşdirə biləcəklər. Qəzetlərin, televiziya kanallarının və digər ənənəvi media qurumlarının auditoriyaya birbaşa çıxışı və öz məzmunlarından gəlir əldə etməsi isə getdikcə çətinləşəcək. Bu ssenariyə əsasən, media şirkətlərinin reklamdan və məzmun satışından əldə etdiyi gəlirlər 43 faiz azala bilər. Ən əlverişli ssenaridə isə bu azalmanın təxminən 10 faiz olacağı proqnozlaşdırılır.

Hesabatın hazırlanması üçün Köln Texniki Universitetinin və Tallin Universitetinin alimləri onlarla araşdırma və hesabatı təhlil edib, həmçinin ekspertlər arasında sorğu keçiriblər.

Sunay Aydın

AzPost.az

Post navigation

Previous: Rusiya-Ukrayna danışıqlarının keçiriləcəyi yer məlum oldu
Next: Ərdoğanın sabiq müşaviri saxlanıldı – Daha 4 nəfər tutuldu

Oxşar xəbərlər

ilon mask robot
  • Media

İlon Maskdan xəbərdarlıq – Süni intellekt bəşəriyyəti məhv edə bilərmi?

User 21 Oktyabr 2026 - 10:02
turk jurnalist
  • Media

Haqqında cinayət işi açılan türk köşə yazarı Azərbaycandan üzr istədi

User 16 Oktyabr 2026 - 20:44
qida sufre
  • Media

Səhər yeməyində bu 4 sıyığa diqqət edin

User 16 Oktyabr 2026 - 17:43

xƏBƏR

israil konsul istanbul
  • Dünya

İran və İsrail üzrə kritik görüş – Avropa və Yaxın Şərq nazirləri İstanbulda toplaşır

User 22 Oktyabr 2026 - 18:36
Avropa və Yaxın Şərq ölkələrinin xarici işlər nazirləri cümə günü İstanbulda bir araya gələrək İran ətrafındakı gərginliyi,...
Read more about İran və İsrail üzrə kritik görüş – Avropa və Yaxın Şərq nazirləri İstanbulda toplaşır
İşinizdən bezmisiniz? – İşdən çıxmaq vaxtının çatdığını göstərən 5 əlamət komp is yeri
  • Maraqlı

İşinizdən bezmisiniz? – İşdən çıxmaq vaxtının çatdığını göstərən 5 əlamət

User 22 Oktyabr 2026 - 18:26
İnfarkt riskini artıra bilən 6 qida – Hansı məhsulları az yemək lazımdır? urek
  • Maraqlı

İnfarkt riskini artıra bilən 6 qida – Hansı məhsulları az yemək lazımdır?

User 22 Oktyabr 2026 - 18:16
Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Pikassonun 4 rəsm əsəri hərraca çıxarılır: Ən bahalısı 20 milyon dollara herrac sotb
  • Mədəniyyət

Pikassonun 4 rəsm əsəri hərraca çıxarılır: Ən bahalısı 20 milyon dollara

User 22 Oktyabr 2026 - 17:25
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.