Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ukrayna ordusunu saxlamaq üçün Qərbdən 10 illik maliyyə dəstəyi istəyir

User 11 Noyabr 2026 - 12:30
ukrayna ordu

Ukrayna təhlükəsizlik təminatları ilə bağlı müzakirələr zamanı Qərb müttəfiqlərindən 800 min nəfərlik ordunun saxlanılması üçün maliyyə dəstəyi istəyib. Kiyev müharibə başa çatdıqdan sonra Rusiyanın mümkün yeni hücumunun qarşısını almaq məqsədilə Ukrayna Silahlı Qüvvələrinin ən azı 10 il müddətində maliyyələşdirilməsini gözləyir.

Azpost.info bildirir ki, bu barədə yüksək vəzifəli ukraynalı mənbə AFP agentliyinə məlumat verib.

Təhlükəsizlik təminatları məsələsi noyabrın 10-da Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında keçirilən üçtərəfli danışıqlarda müzakirə olunub. Görüşlərin bu gün, noyabrın 11-də də davam etdirilməsi nəzərdə tutulur. Bu, təxminən doqquz aydan sonra keçirilən ilk belə görüşdür.

Rusiya nümayəndə heyətindəki mənbə AFP-yə bildirib ki, müharibənin başa çatdırılması danışıqlar gündəliyindəki məsələlərdən yalnız biridir. Onun sözlərinə görə, əsas məqsəd bütün Avropa qitəsində təhlükəsizlik sisteminə yenidən baxılmasıdır.

Moskva təhlükəsizlik təminatlarının yalnız Ukraynaya deyil, Rusiyaya da verilməsində israr edir.

Danışıqlarda iştirak edən ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner isə Vaşinqtonun Ukrayna, Rusiya və Avropa arasında yeni təhlükəsizlik mexanizmi yaratmağa ümid etdiyini bildirib. Onun sözlərinə görə, bu mexanizm “onilliklər, hətta əsrlər boyu davam edəcək sülhə” zəmin yaratmalıdır.

AzPost.az

Post navigation

Previous: İran ayda 50 ballistik raket istehsal edə bilir – 1700-dən çox raketi var
Next: İlham Əliyev Antalyada COP31-in Liderlər Sammitinə gəlib

Oxşar xəbərlər

iran raket
  • Dünya

İran ayda 50 ballistik raket istehsal edə bilir – 1700-dən çox raketi var

User 11 Noyabr 2026 - 12:23
abs secki
  • Dünya

Amerikalıların 71%-i Konqresdən İranla müharibəni dayandırmağı tələb edir

User 11 Noyabr 2026 - 10:52
ABŞ Rusiya və Ukrayna
  • Dünya

Tramp Putini pulla razı salmaq istəyir – Kreml niyə güzəştə getmir?

User 11 Noyabr 2026 - 10:17

xƏBƏR

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 11 Noyabr 2026 - 12:45
Noyabrın 12-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava...
Read more about Sabaha olan hava proqnozu
İlham Əliyev Antalyada COP31-in Liderlər Sammitinə gəlib İlham Əliyev
  • Siyasət

İlham Əliyev Antalyada COP31-in Liderlər Sammitinə gəlib

User 11 Noyabr 2026 - 12:37
Ukrayna ordusunu saxlamaq üçün Qərbdən 10 illik maliyyə dəstəyi istəyir ukrayna ordu
  • Dünya

Ukrayna ordusunu saxlamaq üçün Qərbdən 10 illik maliyyə dəstəyi istəyir

User 11 Noyabr 2026 - 12:30
İran ayda 50 ballistik raket istehsal edə bilir – 1700-dən çox raketi var iran raket
  • Dünya

İran ayda 50 ballistik raket istehsal edə bilir – 1700-dən çox raketi var

User 11 Noyabr 2026 - 12:23
Şəhid anası 6 ildir yataqxanada yaşayır – “Oğlumu Vətənə verdim, özümə sahib çıxan yoxdur” yataqxana
  • Sosial

Şəhid anası 6 ildir yataqxanada yaşayır – “Oğlumu Vətənə verdim, özümə sahib çıxan yoxdur”

User 11 Noyabr 2026 - 12:13
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.