Üç aydan sonra nefti saxlamaq üçün yer qalmayacaq –EKSPERTLƏR

Dünya tələb olunmayan neftin saxlanılması üçün boş yerin tükənməsi ərəfəsindədir – bu, sadəcə üç aydan sonra baş verəcək. 

APA-Economics”in “Bloomberg”ə istinadən verdiyi məlumata görə,  bu barədə bir sıra sahə ekspertləri söyləyir.

Məlumata görə, “IHS Markit” konsaltinq şirkətinin hesablamalarında bildirilir ki, cari tələbat və təklif tempi o anlama gəlir ki, 2020-ci ilin birinci yarısından sonra ehtiyatlar 1,8 mlrd. barel artacaq.

“Saxlama üçün obyektlərin yalnız təqribən 1,6 mlrd. barelinin hələ də əlçatan olduğunu nəzərə alsaq, istehsalçılar istehsalı azaltmağa məcbur olacaqlar, çünki iyuna yaxın nefti saxlamaq üçün yer olmayacaq”, – deyə məlumatda qeyd olunur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir