“ATƏT Qarabağla bağlı əldə olunan razılığa daha çox dəstək olmalıdır” –LAVROV

“Münaqişələrin nizamlanmasında ATƏT-in potensialı tələb olunan səviyyədə qalır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Nazirləri Şurasının videokonfrans formatında keçirilən iclasında bildirib. Lavrov qeyd edib ki. ATƏT məkanındakı böhranlı vəziyyətlərin həlli ilə bağlı əldə olunan razılaşmalar təşkilata üzv ölkələr tərəfindən daha çox dəstək almalıdır: “Bu, həmin razılaşmaların həyata keçirilməsinə yardımçı olacaq. Dağlıq Qarabağdakı münaqişənin nizamlanmasına münasibətdə də bunu gözləyirik. Biz bu prosesə hər cür dəstəyi göstərməyi davam edəcəyik. ATƏT-in Minsk Qrupu həmsədrləri arasındakı əməkdaşlığı qiymətləndiririk”. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir