AŞPA məruzəçisi Qarabağ münaqişəsinin nəticələrinə dair hesabat hazırlayacaq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi Paul Qavan (İrlandiya) mayın 19-da Ermənistana səfər edəcək.

Bu barədə AŞPA-nın rəsmi internet saytında məlumat yerləşdirilib.

Bildirilib ki, 4 gün davam edəcək səfər çərçivəsində P. Qavan hesabatı üçün Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri barədə məlumat toplayacaq. O, səfər çərçivəsində Ermənistan parlamentinin sədri, münaqişənin humanitar nəticələri ilə məşğul olan müxtəlif nazirliklərin nümayəndələri ilə görüşlər keçirəcək.

Qeyd olunub ki, P. Qavanın eyni zamanda, erməni əsirlərin və itkin düşən şəxsləri ailə üzvləri, qaçqınlar, dini liderlər və Ermənistan Ombudsmanı, həmçinin vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşləri planlaşdırılıb.

Məlumatda qeyd olunub ki, Paul Qavan yayda Azərbaycana səfər edəcək və müvafiq informasiyaları toplayaraq hesabatını payızda tamamlayacaq.(APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir