“Abramoviç müharibə başlayan kimi aktivlərini şərikinə ötürüb” –“Wall Street Journal”

Rusiyalı oliqarx Roman Abramoviç Ukraynaya qarşı müharibənin başlamasından bir neçə saat sonra ABŞ, Britaniya və İsraildəki aktivlərinə nəzarəti biznes tərəfdaşlarından birinə verib.

Azpost.info xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb. “Norma Investments Ltd.” offşor şirkəti (Britaniya Vircin adaları) uzun illərdi Abramoviçin nəzarətində idi. Lakin fevralın 24-də Rusiya Ukraynaya hücuma keçən kimi onun yaxın biznes ortağı David Davidoviç şirkətə tam sahiblik əldə edib.

Ekspertlər deyir ki, aktivlərin tərəfdaşlara satılması və ya mülkiyyətin ailə üzvlərinə ötürülməsi müvəqqəti olaraq aktivlərin dondurulmasının qarşısını almaq və texniki cəhətdən sanksiyaları pozmadan aktivlər üzərində dolayı nəzarəti saxlamaq üçün bir yol ola bilər.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şuşada ilk yaşayış binalarının tikintisi üçün tender elan edildi

Sonrakı məqalə

Əjdər Ol son sözünü demək üçün məhkəmədən vaxt istəyib