Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“ABŞ Arktikada Rusiya və Çinlə savaş hazırlığına başlayıb”

Orkhan Ali 14 Mart 2024 - 14:00 (Last updated: 21 May 2025 - 20:15)
51928825364_d023ce073d_3k

ABŞ ordusu Arktikada Rusiya və Çinlə potensial hərbi münaqişə üçün hazırlığa başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə “Business Insider” yazır.

Nəşrin məlumatına görə, fevral ayında Alyaskada Birgə Sakit Okean Çoxmillətli Hazırlıq Mərkəzində iki həftəlik təlim keçirilib və bu təlimdə 11-ci Hava Desant Diviziyasının 8 mindən çox hərbi qulluqçusu, eləcə də ABŞ-a müttəfiq olan digər ölkələrin nümayəndələri iştirak ediblər.

İştirakçılar ABŞ-ın regiondakı düşmənlərinin qarşısını almaq üçün ekstremal şəraitdə döyüş hazırlığının bərpasının vacibliyini qeyd ediblər.

“Həddindən artıq soyuq şəraitdə Arktikadakı missiyanın olması ordumuz, millətimiz və həmçinin düşmənlərimiz üçün vacibdir”, – polkovnik Şon Lukas deyib.

Əsgərlərlə bərabər hərbi həkimlər də təlim keçiblər. “Mən 13 ildir həkiməm və bu, şübhəsiz ki, indiyə qədər yaşadığım ən çətin mühitdir. Həddindən artıq aşağı temperatur xəstələrə qulluq etmək və əsgərləri təxliyə etmək üçün çətinliklər yaradır”, – serjant Zaxari Burns bildirib.

ABŞ Konqresi daha əvvəl bəyan etmişdi ki, Arktika Rusiya ilə yeni münaqişə mərkəzinə çevrilə bilər.

NATO regionda Rusiya və Çin arasında əməkdaşlığın artırılmasından narahatlığını ifadə edib, lakin Arktikanın yaxın zamanlarda qaynar nöqtəyə çevrilməyəcəyini qeyd edib.

Azpost.info

Post navigation

Previous: Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla görüşüb
Next: Bugünkü hərracda tələb 83 milyon dolları ötüb

Oxşar xəbərlər

saral
  • Dünya

Ərdoğanın baş danışmanı Oktay Saral istefaya göndərilib? – Azərbaycana görə

User 25 Oktyabr 2026 - 19:11
puti cin tramp
  • Dünya

Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb

User 25 Oktyabr 2026 - 15:06
obama
  • Dünya

Obama Trampı Ağ Evin təmirinə görə ələ saldı –

User 25 Oktyabr 2026 - 10:34

xƏBƏR

saral
  • Dünya

Ərdoğanın baş danışmanı Oktay Saral istefaya göndərilib? – Azərbaycana görə

User 25 Oktyabr 2026 - 19:11
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başdanışmanı Oktay Saralın vəzifədən ayrılacağı ilə bağlı diqqətçəkən iddia yayılıb. İddiaya görə,...
Read more about Ərdoğanın baş danışmanı Oktay Saral istefaya göndərilib? – Azərbaycana görə
Azərbaycanlı güləşçisi beşqat dünya çempionu oldu gules
  • İdman

Azərbaycanlı güləşçisi beşqat dünya çempionu oldu

User 25 Oktyabr 2026 - 19:02
Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc iran restoran
  • Sosial

Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc

User 25 Oktyabr 2026 - 17:00
Süni intellekt kiçik biznesin işini necə dəyişir? – Vaxta qənaət edən 5 tətbiq sahəsi kicik biznes
  • Sosial

Süni intellekt kiçik biznesin işini necə dəyişir? – Vaxta qənaət edən 5 tətbiq sahəsi

User 25 Oktyabr 2026 - 16:40
Azərbaycanda maaşlar artır, bəs alıcılıq qabiliyyəti necədir? market
  • Baş Yazı

Azərbaycanda maaşlar artır, bəs alıcılıq qabiliyyəti necədir?

User 25 Oktyabr 2026 - 16:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.