ABŞ artıq Rusiya və Ukrayna arasında vasitəçi olmayacaq

ABŞ bundan sonra Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu yerinə yetirməyəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Brüus jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“Biz vasitəçi olmayacağıq. Görüşləri idarə etmək üçün dünyanın o biri başına ildırım sürəti ilə uçmaq niyyətində deyilik,” – deyə Brüus vurğulayıb.

O əlavə edib ki, bu mərhələdə danışıqlar prosesi birbaşa tərəflər – Rusiya və Ukrayna arasında aparılmalıdır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.