“ABŞ Avropaya 60 min əsgər yerləşdirib” –Rusiya Təhlükəsizlik Şurasının katibi

ABŞ Avropada 60 min əsgər, 200 tank və 150 ​​döyüş təyyarəsindən ibarət qruplaşma yaradıb.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu rəqəmləri “Rossiyskaya qazeta”ya müsahibəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Mixail Popov açıqlayıb.
Onun sözlərinə görə, son 7 ildə ABŞ-ın Avropadakı quru qoşunlarının sayı 30 faiz, zirehli texnikanın sayı 4 dəfə artıb. Bundan başqa, taktiki nüvə silahları istifadəyə hazır vəziyyətdə saxlanılır və ABŞ-ın qlobal raketdən müdafiə sisteminin Avropa seqmentinin imkanları
genişləndirilir.
“ABŞ-ın Avropada əsas məqsədi ölkəmizə daimi təhlükə yaratmaqdır. 2014-cü ildən Pentaqon hər il anti-Rusiya proqramını həyata keçirir. Və “Avropada təcavüzün qarşısının alınması” adı altında ABŞ hərbi büdcəsindən 4-5 milyard dollar xərclənir”, – Popov bildirib.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Polşa Prezidenti İlham Əliyevə zəng edib

Sonrakı məqalə

Makron Çin lideri ilə görüşüb –