ABŞ Azərbaycana 9 milyon dollar vəsait ayıracaq

ABŞ Dövlət Departamentinin 2023-cü il üçün büdcə layihəsinə əsasən, Azərbaycana 9,1 milyon dollar vəsaitin ayrılması planlaşdırılır.

bu barədə ABŞ Dövlət Departamentinin dərc etdiyi sənəddə bildirilib.

Qeyd olunub ki, gələn il Gürcüstana 88 milyon, Ermənistana isə 23,4 milyon dollar ayrılması planlaşdırılır.

2023-cü ildə Beynəlxalq hərbi təhsil və təlimlər çərçivəsində Azərbaycana və Ermənistana 600 min dollar, Gürcüstana isə 1,75 milyon dollar ayrılması nəzərdə tutulub.

Məqsəd regionda Ukrayna kimi qeyri-sabitlik təhlükəsi ilə üzləşən ölkələrə yardım etməkdir.

Əvvəlki məqalə

Rusiyalı deputatdan canlı efirdə təxribat –

Sonrakı məqalə

Rusiya-Ukrayna danışıqları “Dolmabağça” sarayında keçiriləcək