ABŞ Çinə sərmayələrini məhdudlaşdıracaq –Qanun hazırlanır

ABŞ Konqresi yerli şirkətlərin Çin iqtisadiyyatına sərmayə qoyma qaydalarını sərtləşdirir.

Azpost.info xəbər verir ki, bunu “The Wall Street Journal” yazır.

Artıq ABŞ bizneslərindən müəyyən investisiya növlərini açıqlamağı tələb edən müvafiq qanun layihəsi hazırlanıb. Daha sonra onlar ABŞ-ın milli maraqlarına uyğunluq testindən keçiriləcək.

“The Wall Street Journal”a görə, amerikalı qanunvericilər ABŞ-ın Çin iqtisadiyyatının texnologiya sektorunda iştirakını məhdudlaşdırmağı təklif edirlər. Təşəbbüs ABŞ-Çin Biznes Şurası tərəfindən tənqid edilib. Təşkilat xəbərdarlıq edib ki, bu cür tədbirlərin həyata keçirilməsi bazarda qeyri-müəyyənlik yaradacaq və ABŞ-ın rəqabət qabiliyyətinə zərər verəcək.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.