“ABŞ Çindən gələn koronavirusun qarşısını alıb” –Tramp açıqlama verdi

San Fransisko rəsmilərinin ABŞ-da 9-cu koronavirusa yoluxma faktını təsdiqləməsinə baxmayaraq, Prezident Donald Tramp bazar günü bildirib ki, ABŞ Çindən gələn koronavirus təhlükəsinin qarşısını alıb.

“Biz Çinə kömək təklifi etdik, lakin biz Çindən gələn və koronavirusa yoluxmaq təhlükəsi olan minlərlər insanı qəbul edə bilmərik” – deyə, Tramp bu barədə Fox News televizyasına açıqlama verib.

Milli Təhlükəsizlik Müşaviri Robert O’Brayan CBS telekanalına bildirib ki, administrasiya Çinə yardım, xüsusi ilə virusla mübarizə aparmaq üçün mütəxəssislər göndərməyə təklif edib. Lakin Çin hələki bu təklifi qəbul etməyib.

“İndiyə qədər Çin keçmiş böhranlara müqayisədə daha şəffaf oldu və biz bunu qiymətləndiririk” – deyə, O’Brayan bildilrib. “Bizim çox böyük təcrübəmiz var. Bu dünya miqyasında bir narahatlıqdır. Biz Çinli həmkarlarımıza əlimizdən gələn köməyi etməyi istəyirik”, o əlavə edib.

Bazar günü Çinlə ən uzun sərhəddə malik Qazaxıstanda səfərdə olan Dövlət katibi Mayk Pompeo da bildirb ki, mütəxəssislər hazırda Qazaxıstandadır.

Bazar günündən başlayaraq son 14 gün ərzində Çinə səfər etmiş bütün ABŞ vətəndaşları əlavə yoxlamalar üçün Birləşmiş Ştatların 8 hava limanından birinə aparılacaq. Çindən gəlmiş bütün ABŞ vətəndaşları məcburi qaydada əlavə 14 gün karantin nəzarəti altında saxlanılacaq. Mütəxəssislər bildirir ki, virusun inkubasiya müddəti 14 gündür.

ABŞ vətəndaşlarının yaxın ailə üzvləri, daimi sakinlər və uçuş heyətləri istisna olmaqla, Çinə son iki həftə ərzində səfər etmiş bütün qeyri ABŞ vətəndaşlarının ölkəyə girişinə icazə verilməyəcək. (Amerikanın Səsi)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gecə cəbhə xəttində atəşkəs yenə pozulub

Sonrakı məqalə

“Səs yazısı göstərir ki, İran ilk andan təyyarənin vurulduğunu bilirdi” –