ABŞ-da Ceyhun Bayramov və Entoni Blinken arasında görüş keçirilir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş keçirilir.

Görüş Vaşintonda Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində keçirilir.

Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair danışıqların və sülh sazişinin layihəsini müzakirə edirlər.

İkitərəfli görüşdən Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək.

Qeyd edək ki, Blinken Ceyhun Bayramovdan əvvəl Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla görüşüb.

Əvvəlki məqalə

Ərdoğan Türkiyənin milli döyüş təyyarəsinin rəsmi adını açıqlayıb

Sonrakı məqalə

Sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb