ABŞ-da gözəllik müsabiqəsinin ilk qalibi Jaklin Lokeri 94 yaşında vəfat edib.
Azpost.info bildirir ki, bu barədə onun keçmiş əri Cek Uebbin bioqrafı Den Moyer “The Hollywood Reporter”ə bildirib. “O, cümə günü Los-Ancelesdə öldü. O, mənim üçün ana kimi idi” deyə Moyer paylaşımında deyib
Jaklin 1952-ci ildə gözəllik müsabiqəsinin qalibi olub.
Müsabiqədə qalib gələn Lockeri “Universal İnternational” kinostudiyası ilə müqavilə bağlayaraq aktyorluq karyerasına başlayıb.
O, 1950 və 1960-cı illərdə “Girov” (1956), “On Səkkiz yaşlılar və Narahat olanlar” (1957) və “İctimai Əlaqələr” kimi müxtəlif filmlərdə rol alıb. Bundan əlavə, o, NBC və CBS kimi böyük televiziya şəbəkələrində seriallarda rol alıb.
Aktrisanın ölüm səbəbi açıqlanmır.