ABŞ-da “Grammy” musiqi mükafatları təqdim olundu

- ADLAR
27 Yanvar 2020 - 19:12

Los-Anceles şəhərində “Grammy” musiqi mükafatları təqdim olunub.

Trend-in məlumatına görə, 18 yaşlı Billi Ayliş dörd nominasiyada qalib gəlib.

Gənc müğənninin “Bad Guy” mahnısı “İlin mahnısı” kateqoriyasında qalib gəlib.

Bundan başqa, B.Ayliş eyni mahnıya görə “İlin səs yazısı”, “When We All Fall Asleep, Where Do We Go?” albomuna görə “İlin albomu” və “İlin yeni müğənnisi” nominasiyalarında qalib gəlib.

“İlin klipi” kateqoriyasında Lil Nas X və Billi Rey Sayrusun “Old Town Road” klipi üstün olub.