ABŞ-da hərbi qulluqçular üçün səyahət məhdudiyyətləri iyunun 30-dək uzadılır

ABŞ-ın Müdafiə Nazirliyi hərbçilər və onların ailə üzvləri üçün səyahət məhdudiyyətlərinin iyunun 30-dək uzadılacağını bəyan edib.

AZƏRTAC ABŞ KİV-lərinə istinadla xəbər verir ki, Müdafiə naziri Mark Esper və ölkənin Silahlı Qüvvələri Qərargah Rəislərinin Birləşmiş Komitəsinin rəisi general Mark Milli koronavirusun yayılması səbəbindən yaranmış çətin vəziyyəti diqqətlə araşdırdıqdan sonra məhdudiyyət müddətin uzadılmasına dair qərar qəbul ediblər. Bu barədə Müdafiə nazirinin kadr və hazırlıq məsələləri üzrə müavini Metyü Donovan məlumat verib.

“Biz məhdudiyyətlərin hərbçilərimizə və onların ailə üzvlərinə necə təsir edəcəyini başa düşürük. Amma bu tədbirlər insanlarımızın və hərbçilərimizin təhlükəsizliyinin təmin edilməsi üçün çox vacibdir”, – deyə Donovan bildirib.

Martın ortalarında Pentaqonun rəhbəri Mark Esper hərbçilər və onların ailə üzvləri üçün nəzərdə tutulmuş, qüvvədə olma vaxtı mayın 15-də bitən 60 günlük daxili və beynəlxalq səfər müddətlərinin məhdudlaşdırılması barədə əmr imzalayıb. Esper bundan əvvəl – ötən həftə məhdudiyyətlərin uzadıla biləcəyinə işarə etsə də, vaxt göstərməyib. Donovan məhdudlaşdırma müddətinin iyundan sonra da uzadılacağının ehtimal olunduğunu vurğulayıb. O, həmçinin bildirib ki, məhdudlaşdırma müddətinə hər 15 gündən bir yenidən baxılacaq, bu da, ola bilsin, iyunun sonunadək məhdudiyyətlərin ləğvinə gətirib çıxarsın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Üç min il yaşı olan Misir mumiyasının tabutunda nadir rəsmlər aşkarlanıb

Sonrakı məqalə

Milli Məclis Sədrinin köməkçisi vəzifəsindən azad olunub