ABŞ-da hakerlər dövlət rəsmilərinin şəxsi məlumatlarını oğurlayıb

ABŞ-nin təhlükəsiz korporativ yazışmalar xidməti olan “TeleMessage”ın məlumat bazasını sındırmış haker 60-a yaxın amerikalı məmurun, o cümlədən, ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsun şəxsi məlumatlarını və yazışmalarını oğurlayıb.

Bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, şəbəkəyə sızan yazışmalar ABŞ Gömrük Xidməti, ABŞ Məxfi Xidmətinin əməkdaşları və azı bir Ağ Ev işçisi ilə əlaqəli olub. Bütün ismarıclar 4 may tarixli olub.

Bəzi söhbətlərin yüksək rütbəli amerikalı məmurların səyahət planları ilə bağlı olduğu qeyd edilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.