ABŞ-da koronavirusdan ölənlərin sayı 25 mini keçdi

15 Aprel 2020 - 08:55

ABŞ-da koronavirusdan ölənlərin sayı artaraq 25 min 239 nəfərə çatıb.

Bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Qeyd olunub ki, Birləşmiş Ştatlarda koronavirusa yoluxanların ümumi sayı 592 min nəfərdir, indiyədək xəstələrdən 44 mini sağalıb.