ABŞ-da onlayn evlənməyə icazə verildi

20 Aprel 2020 - 09:10

Koronavirus pandemiyasına görə hazırda dünyanın əksər ölkələrində bir sıra fəaliyyət sahələri onlayn rejimdə çalışır. ABŞ-ın Nyu-York ştatının qubernatoru Endryü Kuomo isə toy və nikah mərasimlərinin onlayn formada keçirilməsinə razılıq verib.

Nv.ua xəbər verir ki, cütlüklər internet vasitəsilə ərizə verə biləcəklər. Nikah məmurları isə mərasimi onlayn şəkildə keçirəcəklər.

Qeyd edək ki, Nyu-Yorkda mayın 15-dək karantin rejimi davam edəcək.