ABŞ-da ticarət mərkəzində baş verən atışmada 8 nəfər ölüb

Şənbə günü Texas ştatının Allen şəhərindəki ticarət mərkəzində atışma baş verib.

Ticarət mərkəzində baş verən atışma nəticəsində 8 nəfər ölüb.

Bu barədə CNN məlumat yayıb.

Kanalın məlumatına görə, başqa çağırışla mərkəzin yaxınlığında olan polis əməkdaşları atəş səslərini eşidib və atəş açan şəxsi məhv ediblər. 6 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Daha 7 yaralı xəstəxanaya yerləşdirilib.

Əvvəlki məqalə

Azərbaycanda daha 29 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Rus dilində oxuyan məktəb şagirdləri üçün buraxılış imtahanı keçirilir