ABŞ-da yenə hava şarları göründü, Pentaqon səmanı bağladı

ABŞ-da hava şarlarının növbəti uçuşu səbəbindən Montana ştatı üzərində səma bağlanıb.

Bu barədə Reuters məlumat yayıb.

Bu qərat Pentaqonun əmri ilə verilib.

“Aviasiya tənzimləyicisi Şimali Amerika üzərində növbəti dəfə hava şarlarının uçuşu ilə əlaqədar Montana ştatı üzərindəki səmanı bağlayıb”, – deyə qeyd olunub.

Fevralın 12-nə keçən gecə Alyaska və Kanadanın Yukon ərazisi üzərində səmada daha bir şar görünüb.

Əvvəlki məqalə

Zəlzələdən 5 gün sonra ailəni dağıntılar altından çıxardılar –

Sonrakı məqalə

Azərbaycanlı xilasedicilər daha 51 nəfəri dağıntılar altından çıxarıb –