Azərbaycanlı xilasedicilər daha 51 nəfəri dağıntılar altından çıxarıb –-VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

FHN-dən verilən məlumata görə, xilasedicilərimiz zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 518 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Əvvəlki məqalə

ABŞ-da yenə hava şarları göründü, Pentaqon səmanı bağladı

Sonrakı məqalə

Hatayda 5 gündən sonra 7 aylıq körpə dağıntı altından çıxarılıb