ABŞ Danimarka və Niderlanda Kiyevə “F-16”-lar göndərməyə icazə verdi

ABŞ Danimarka və Niderlanda ukraynalı pilotlar onları idarə etməyi öyrəndikdə Kiyevi “F-16” qırıcıları ilə təchiz etməyə icazə verib.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” amerikalı məmura və ABŞ dövlət katibi Entoni Blinkenin məktubuna istinadən yazır.

Blinken danimarkalı və niderlandlı həmkarlarına məktubunda “Mən ABŞ-ın həm “F-16″ qırıcılarının Ukraynaya təhvil verilməsinə, həm də ukraynalı pilotların ixtisaslı təlimatçılar tərəfindən hazırlanmasına tam dəstəyini ifadə edirəm”, – yazıb.

Dövlət katibi qeyd edib ki, Ukraynanın Rusiyanın təcavüzünə və suverenliyinin pozulmasına qarşı özünü müdafiə etmək qabiliyyətini saxlamaq vacib olaraq qalır.

“Danimarka və Niderlanddan qırıcı təyyarələrin göndərilməsi ilə bağlı sorğuların təsdiqlənməsi Ukraynaya birinci pilotlar qrupu təlimlərini başa vurduqdan sonra yeni imkanlarından tam istifadə etməyə imkan verəcək”, – Blinken əlavə edib.

Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Vaşinqtonun “F-16”-ların üçüncü ölkələrdən Ukraynaya ötürülməsi yolları üzərində işlədiyini bildirmişdi.

“Biz bunu mümkün qədər tez etmək istəyirik” deyən Kirbi ukraynalı pilotların hazırlığının tezliklə başlayacağına əmin olduğunu bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Qarabağ” ən intizamlı komandadır –

Sonrakı məqalə

Ucarda 42 yaşlı qadın boğularaq öldürülüb