“Qarabağ” ən intizamlı komandadır –Avropa Liqası

“Qarabağ” UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunlarından sonra ən intizamlı üçüncü komandadır.

AZƏRTAC qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu raundda Finlandiyanin HİK komandasına qarşı keçirdiyi matçlarda (2:1, 2:1) 15 qayda pozuntusuna yol verib.

Bu epizodların yalnız ikisində “köhlən atlar”ın futbolçularına sarı vərəqə göstərilib. Cavab qarşılaşmasında Şahruddin Məhəmmədəliyev və Julio Romao rəsmi xəbərdarlıq alıblar.

Azərbaycan çempionu ən intizamlı komandaların siyahısında yalnız Moldovanın “Şerif” (14 qayda pozuntusu) və İsveçin “Haken” (13 qayda pozuntusu) klublarından geri qalır.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşacaq. Bu raundun ilk matçlar avqustun 24-də, cavab qarşılaşmaları isə avqustun 31-də keçiriləcək.

Əvvəlki məqalə

Prezident Şimali Koreya, Kolumbiya və Tacikstanın yeni səfirini qəbul edib

Sonrakı məqalə

ABŞ Danimarka və Niderlanda Kiyevə “F-16”-lar göndərməyə icazə verdi