ABŞ dövlət katibi Entoni Blinken Kiyevə səfər edib.
Bu barədə UNİAN məlumat yayıb.
Onun səhər saatlarında Kiyevə gəldiyi bildirilir.
Dövlət katibinin mümkün Kiyev səfəri barədə ötən gün məlumatlar yayılsa da, Dövlət Departamenti bu məlumatı təkzib etmişdi.