ABŞ Dövlət Departamenti sanksiyalar üzrə yeni koordinator təyin etdi

ABŞ Dövlət Departamenti sanksiyalar üzrə yeni koordinator təyin edib. Bu, Ceyms O’Briendir.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat verib. “Biz Ceyms O’Brieni yeni sanksiyalar koordinatoru kimi salamlayırıq. O, korrupsiya və insan haqlarının pozulması hallarına cavabdeh olmaq və milli təhlükəsizliyimizi təhdid edən hərəkətlərin qarşısını almaq üçün sanksiya siyasətimizin formalaşmasında mühüm rol oynayacaq”, – Blinken deyib.

Ceyms O’Brien 1989-2001-ci illərdə dövlət katibinin baş məsləhətçisi, siyasi planlaşdırma departamentinin rəis müavini, həmçinin ABŞ prezidentinin Balkanlar üzrə xüsusi nümayəndəsi olub. Barak Obama administrasiyasında o, ABŞ prezidentinin xaricdə əsir götürülən amerikalıların azad edilməsi üzrə xüsusi nümayəndəsi kimi çalışıb. Son vaxtlara qədər isə səhiyyə, media kommunikasiyaları, informasiya texnologiyaları və maliyyə sektorunda ixtisaslaşmış beynəlxalq konsaltinq firması olan “Albright Stonebridge Group”un sədr müavini olub.

Azpost.info

Əvvəlki məqalə

“Rusiya Donbasda yeni hücuma hazırlaşır” –

Sonrakı məqalə

Ali Rada Rusiyanın Ukraynaya qarşı müharibəsini soyqırımı kimi tanıdı