Ali Rada Rusiyanın Ukraynaya qarşı müharibəsini soyqırımı kimi tanıdı

Ali Rada aprelin 14-də keçirilən iclasda Rusiyanın Ukraynaya qarşı müharibəsini soyqırımı kimi tanıyıb.

Azpost.info xəbər verir ki, bu barədə deputat Yelena Şulyak məlumat verib.

O qeyd edib ki, Rusiya ordusu insanları düşmən yox, Ukrayna vətəndaşı olduqları üçün öldürür: “Bu gün biz rəsmən tanıdıq ki, Rusiya hazırda ukraynalılara qarşı soyqırımı törədir. Biz dünyanı Buça, Borodyanka, İrpen, Xarkov və Mariupoldakı cinayətləri də əsl soyqırımı kimi tanımağa çağırırıq. Əks halda, Putin ordusu dayanmayacaq və Avropanın şəhər və qəsəbələrində bu qaniçən cinayətləri təkrarlayacaq”.

Azpost.info

Əvvəlki məqalə

ABŞ Dövlət Departamenti sanksiyalar üzrə yeni koordinator təyin etdi

Sonrakı məqalə

Nərmin Quliyevanın sinif yoldaşları məhkəmədə ifadə verib