ABŞ dövlət katibi Lavrovla bu şərtlə görüşəcək

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Görüş gələn həftənin sonuna planlaşdırılır.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays məlumat verib.
Görüşün baş tutması üçün Rusiya həmin günə qədər Ukraynaya hərbi müdaxiləyə yol verməməlidir. Praysın sözlərinə görə, bu, ABŞ dövlət katibinin qoyduğu şərtdir.
“Bu görüşü keçirməyi ABŞ təklif edib, çünki bu böhranı həll etməyin yeganə yolunun diplomatiya və dialoqdan keçəcəyinə inanır”, – Prays bildirib.

Öz növbəsində, Finlandiya Sergey Lavrovla Entoni Blinken arasında mümkün görüş üçün yer ayırmağa hazır olduğunu bəyan edib. Bunu Finlandiya prezidentinin ofisindən bildiriblər.
Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev yeni icra başçılarını qəbul edib –

Sonrakı məqalə

Lukaşenko Putinlə görüşmək üçün Rusiyaya gəlib