Lukaşenko Putinlə görüşmək üçün Rusiyaya gəlib

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Rusiyaya gəlib.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, prezidentlər regionda təhlükəsizlik, iki ölkənin milli maraqlarının təmin edilməsi üçün birgə fəaliyyət, ticari-iqtisadi əməkdaşlıq kimi, məsələlərin müzakirəsini planlaşdırırlar.
Görüş Şərqi Avropada vəziyyətin gərginləşməsi fonunda baş tutacaq. Qərb Moskvanı Ukraynaya “işğal” hazırlamaqda ittiham edir və buna cavab olaraq Şərqi Avropada mövcudluğunu gücləndirir.
Moskva bütün iddiaları rədd edir və vurğulayır ki, bütün bunlar NATO-nu Rusiya sərhədləri yaxınlığında gücləndirmək üçün sadəcə bir bəhanədir. Moskva həmçinin hesab edir ki, Vaşinqton və Brüssel tərəfindən qızışdırılan isteriya Kiyevin Minsk razılaşmasını sabotaj
etmək xəttini ört-basdır etmək məqsədi daşıyır.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ dövlət katibi Lavrovla bu şərtlə görüşəcək

Sonrakı məqalə

Manaf Ağayev həbs olundu-