ABŞ Dövlət katibi Pekini hədələdi:"Çin virusu gizlətdiyinə görə cavab verəcək"

ABŞ Dövlət katibi Mayk Pompeo Çin hakimiyyətinin COVID-19 pandemiyasının yayılması ilə bağlı məlumatları gizlətdiyi üçün məsuliyyət daşıdığını açıqlayıb.

Bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, Çin hökumətinin fəaliyyəti nəticəsində çox sayda insan ölüb. Dünya və ABŞ iqtisadiyyatı böyük problemlərlə üzləşib. M.Pompeo, həmçinin, Çinin Kommunist Partiyası ilə münasibətlərdə şəffaflığın olmamasına görə təəssüfləndiyini bildirib.

“Çinin Kommunist Partiyası etdiklərinin əvəzini ən azı ABŞ qarşısında ödəyəcək”, – deyə M.Pompeo qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Suraxanı Rayon 32-ci Polis Bölməsinə yeni rəis təyin olunub 

Sonrakı məqalə

Kişi 65 milyon dollarını arvadına yox, itinə vəsiyyət etdi –