ABŞ etibarlı müttəfiqdir – Britaniya Baş naziri Keir Starmer. AzPost Britaniyanın baş naziri Keir Starmerin London sammitinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında açıqlamalarını təqdim edir:
▪️Ukraynanın güclənməsi üçün hərbi yardımı davam etdirmək lazımdır.
▪️Hər ölkə öz imkanlarına uyğun iştirak etməlidir.
▪️Ukrayna üçün yeni kredit: Ukrayna raket almaq üçün Böyük Britaniyanın 1,6 milyard funt-sterlinq ixrac maliyyəsinə çıxış əldə edəcək, pul ruslardan müsadirə edilən aktivlərdən gələcək.
▪️Mən Avropa liderlərini Böyük Britaniya, Ukrayna və Avropanın təhlükəsizliyində birgə işləməyə dəvət etmişəm.
▪️ Sülh razılaşması olacağı təqdirdə biz Ukraynanın müdafiə qabiliyyətini gücləndirəcəyik.
▪️ABŞ etibarlı müttəfiqdir.
▪️Bu gün bir sıra ölkələr Ukrayna ilə bağlı Avropa planına qoşulmaq istəklərini bildiriblər.
▪️Sülh müqaviləsinin icrasını qorumaq üçün Ukraynaya qoşun yeridəcəyik.
Həmçinin oxu: Britaniya Baş naziri Keir Starmer
Ukrayna yeni raketlər almaq üçün Böyük Britaniyanın ixrac maliyyəsindən 1,6 milyard funt-sterlinq əldə edəcək. AzPost bildirir ki bu sözləri Britaniya Baş naziri Starmer London sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu, Ukraynaya Belfastda istehsal olunacaq 5000-dən çox hava hücumundan müdafiə raketini kreditlə almağa imkan verəcək.
O, həmçinin vurğulayıb ki, sülh sazişi bağlanarsa, “Ukraynanın müdafiə qabiliyyətini artıracağıq”: “Sülh sazişinin icrasını qorumaq üçün Ukraynaya qoşun göndərəcəyik”
Starmer həmçinin bildirib ki, Britaniya və Fransa Ukraynada müharibəyə son qoymaq üçün plan hazırlayacaqlar.
Bundan əlavə, onun sözlərinə görə, bu gün bir sıra Aİ ölkələri Ukrayna ilə bağlı Avropa sülh planının bir hissəsi olmaq istədiklərini bəyan ediblər.