ABŞ  “Huawei” məhsullarının satışına qadağa qoydu

Bayden administrasiyası ABŞ-ın milli təhlükəsizliyi üçün qəbuledilməz risk yaratdığı səbəbindən Çinin “Huawei Technologies” və “ZTE” şirkətlərindən yeni telekommunikasiya avadanlığının təsdiqlənməsini qadağan edib.

“The Guardian” xəbər verir ki, ABŞ Federal Rabitə Komissiyasının açıqlamasına görə,  (FCC) Çin müşahidə avadanlığı istehsalçısı Dahua Technology, videomüşahidə firması Hangzhou Hikvision Digital Technology və telekommunikasiya firması Hytera Communications Corp tərəfindən istehsal edilən avadanlığın satışına və ya idxalına qadağa qoyan yekun qaydaları qəbul edib.

Bu addım Pekinin amerikalılara casusluq etmək üçün onlardan istifadə edə biləcəyi qorxusu fonunda Çin texnologiya nəhənglərinə qarşı Vaşinqtonun son repressiyasını əks etdirir.

ABŞ Federal Rabitə Komissiyasının (FCC) sədri Cessika Rosenvorcel deyib ki, bu yeni qaydalar Amerika xalqını telekommunikasiya ilə əlaqəli milli təhlükəsizlik təhdidlərindən qorumaq üçün davam edən fəaliyyətlərinin mühüm bir hissəsidir.

“Huawei” məsələylə bağlı  şərh verməkdən imtina edib.

Azpost.info

Əvvəlki məqalə

AZƏRTAC-a yeni sədr təyin edildi –

Sonrakı məqalə

“Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı təsdiq edilib –