ABŞ-ın gənc kapitanı dünyanı nüvə müharibəsindən necə xilas edib? –Karib böhranının məxfi sirri (TARİX)

ABŞ- da  Karib böhranı zamanı nüvə silahının tətbiq edilməsinə icazə verilmiş səhv əmrin üzərindən məxfilik qrifi götürülüb.

Azpost.info bildirir ki, 1962-ci ildə dünya Karib böhranı ilə üz – üzə qalanda onun taleyini həll edəcək səhv bir əmr, az qala, icra olunacaqmış.

ABŞ Hərbi Hava Qüvvələrinin kapitanının cəsurluğu və qəti mövqeyi sayəsində bəşəriyyət nüvə fəlakətindən can qurtara bilib. Bu kapitan nüvə silahının dərhal buraxılması barədə aldığı əmri icra etməyərək, üçüncü dünya müharibəsinin başlanmasının qarşısını alıb.

Açıqlanan hadisə 28 oktyabr 1962-ci ildə Yaponiyanın Okinava adasında yerləşən ABŞ-ın raket bazasında baş verib. SSRİ ilə ABŞ arasında kəskinləşən münasibətlər üzündən ordu bir nömrəli hazırlıq vəziyyətinə gətirilib.

Nüvə silahının buraxılış panelini idarə edən kapitan Uliyam Basset “Mace B”  adlı nüvə silahı daşıyan  4 qanadlı raketin hədəfi vurması üçün komanda məntəqəsindən buraxılması barədə əmr alır. İstilik – nüvə başlığı ilə silahlanmış bu raketlərin partlayış gücü 1,1 meqaton olub. Raketlərin uçma müddəti onlara Hanoy, Pekin, Pxenyan və Vladivastoku vurmağa imkan verirdi.

Əmr radioəlaqə vasitəsilə verilib və şifrə silahın istifadəsinə icazə verən məxfi kodla üst-üstə düşürdü. Aparılan yoxlama əmrin doğruluğunu təsdiq edir. Belə analoji əmri Okinavadakı digər zabitlər də alıbmış.

Amma hədəflərin adı əks olunmuş  siyahıya baxarkən, Basset müəyyən edir ki, 4 hədəfdən üçü SSRİ hüdudlarından kənarda yerləşirBu zaman ona zəng vuran digər zabit də bəyan edir ki, onlara vurulması əmr olunmuş hədəflər SSRİ ərazisində deyil.

Basseti şübhələndirən digər amil döyüş hazırlığı əmrinin DEFCON1 həddinə (“qaçılmaz nüvə müharibəsi”) çatmaması olur. Kapitan hesab edir ki, Okinavanın sovet raketlərinin ilk hədəfi ola biləcəyindən ehtiyatlanan ABŞ-dakı qərargah tez-tələsik bu əmri göndəriblər. Bu zaman döyüş hazırlığının son həddi barədə əmri unudublar.

O zaman Basset nüvə raketlərinin buraxılışının dayandırılması barədə qərar qəbul edir və raket idarə mərkəzinə telefonla zəng vuraraq yalandan dəqiq əmr almadığını məruzə edir. Bundan başqa kapitan iki silahlı əsgərə növbədə olan leytenantın yuxarı rütbəli zabitin əmri olmadan, özbaşına raketin buraxılmasına cəhd edərsə, onu  güllələməyi əmr edir.

Bassetin komanda məntəqəsi ilə danışığının dəqiq məzmunu saxlanmayıb. Amma məlum olur ki, nəticədə zabitlər nüvə raketinin buraxılması barədə əmr almayıblar. Kapitan tabeliyində olanlardan bu barədə heç kimə bir kəlmə də deyilməməsini əmr edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tələbələrin köçürülməsi qaydası dəyişir

Sonrakı məqalə

AŞPA Azərbaycanda saxlanılan erməni “əsirləri” müzakirəyə çıxarır –