AŞPA Azərbaycanda saxlanılan erməni “əsirləri” müzakirəyə çıxarır –Bakını hansı ölkələr dəstəklədi? (SƏSVERMƏ)

AŞPA da Ermənistanın təklifi ilə Azərbaycanda saxlanılan “əsirlər”lə bağlı məsələnin gündəliyə salınması üçün səsvermə keçirilib.

Azpost.info bildirir ki, məsələnin plenar iclasda müzakirə edilməsinin lehinə 93 səs, əleyhinə 23 səs, bitərəf isə 18 səs verilib.

Qeyd edək ki, erməni əsirləri ilə bağlı məsələ paket şəkilndə olan təkliflər arasında yer alıb. AŞPA-da səsvermə üçün iki paket müzakirəyə çıxarılıb. Paketlərin birinə Avropada COVİD pasportları, Rusiyanın Avropada sülhə təhdidi və erməni əsirləri məsələsi daxil edilib.

Azərbaycanın mövqeyini 23 deputat dəstəkləyib. Onlar Türkiyə, Rusiya, Macarıstan və Serbiyadır. Onlardan  8 Türkiyə, 5 Rusiya, 1 Macarıstandan və 1 Serbiyadan olan deputatdır.

Rusiyadan 7 , Ukraynadan 2, Serbiyadan 2, Sloveniyadan, Almaniyadan, İtaliyadan, Çernoqoriyadan, Litvadan, Ruminiyadan 1 deputat bitərəf qalıb.

 

Xatırladaq ki, Azərbaycan noyabrda imzalanmış Üçtərəfli Bəyanatdan sonra Qarabağda ələ keçirilən könüllü erməni qrupunu terrorçu dəstə saydığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-ın gənc kapitanı dünyanı nüvə müharibəsindən necə xilas edib? –

Sonrakı məqalə

Ötən həftə dünya üzrə koronavirusa yoluxma rekord həddə çatıb –