“ABŞ-ın icazəsindən sonra Ukrayna HİMARS-la Belqoroda hucum edib” –ZAXAROVA

ABŞ dövlət katibi Blinkenin Rusiya ərazisinə zərbələr endirməsinə icazə verməsindən bir neçə saat sonra Ukrayna Silahlı Qüvvələri Belqorodun yaşayış məntəqələrinə HİMARS reaktiv yaylım atəşi sistemləri ilə hücum edib.

Azpost.info bildirir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

“Blinkenin bu bəyanatlarından dərhal sonra Ukrayna Silahlı Qüvvələri Belqorodun yaşayış məntəqələrinə hücum edib. Onlar bunu Amerikanın HIMARS çoxsaylı buraxılış raket sistemlərinin köməyi ilə ediblər”, – diplomat Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF-2024) kuluarlarında bildirib.

Zaxarova qeyd edib ki, Amerikanın Belqoroda atdığı bütün raketlər Rusiya hərbçiləri tərəfindən vurulub.

Xatırladaq ki, ABŞ dövlət katibi Antoni Blinken Amerika silahlarından istifadəyə icazənin yalnız Rusiyanın Xarkov yaxınlığında yerləşən ərazilərinə hücumlar üçün nəzərdə tutulduğunu bildirib. Bununla belə, o, zərbələrin diapazonunun artırılmasının mümkünlüyünü də istisna etməyib.

Əvvəlki məqalə

Dövlət büdcəsində sosial təminat xərcləri niyə azaldılır?

Sonrakı məqalə

Baydenin “Putini 40 ildir tanıyıram” sözü Kremli heyrətləndirib