ABŞ-ın iki neft şirkəti də Rusiyada fəliyyətini dayandırır

ABŞ-ın Halliburton və Schlumberger neft-mədən xidmətləri şirkətləri Rusiyadakı fəaliyyətlərini dayandırdığını elan edib.

Azpost.info bildirir ki, bununla bağlı hər iki şirkət martın 18-də açıqlama yayıb.

“Halliburton bu gün Rusiyadakı gələcək əməliyyatlarını dərhal dayandırdığını elan etdi, çünki şirkət bəzi dövlətə məxsus Rusiya müştəriləri də daxil olmaqla, əməliyyat və əməliyyatları qadağan edən sanksiyalara əməl edir”– deyə sözügedən şirkətin yaydığı açıqlamada bildirlir. Şirkət bildirir ki, Halliburton Rusiyada qalan əməliyyatlarını dayandırarkən təhlükəsizlik və etibarlılığa üstünlük verəcək.

“Russian Oil and Gas Technologies” sənaye nəşri yazır ki, Halliburtonun müştəriləri arasında Qazprom, LUKOIL, Rosneft kimi Rusiyanın bütün ən böyük neft-qaz şirkətləri yer alır.

Digər neft sənayesi xidmət korporasiyası Schlumberger də Rusiyadakı fəaliyyətlərində investisiya və texnologiyanın tətbiqini dayandırır.

Əvvəlki məqalə

“Sülh danışıqları bir neçə həftə davam edə bilər” –

Sonrakı məqalə

“Rusiya danışıqlardan qüvvə toplamaq üçün istifadə edir” –