“ABŞ-ın müttəfiqlərə həmişəkindən daha çox ehtiyacı var”- NATO Baş katibinin müavini

“ABŞ-ın indi müttəfiqlərə həmişəkindən daha çox ehtiyacı var”.

Azpost.info xəbər verir ki, bunu NATO Baş katibinin müavini Mirça Coan bildirib.

Coan bunu eks-prezidenti Donald Trampın NATO üçün təhlükə yaradıb-yaratmaması sualına cavab olaraq deyib.

Onun sözlərinə görə, hər bir ölkənin öz “demokratik oyunu” var, ona görə də Amerika xalqının nə qərar verəcəyini görmək üçün səbirli olmaq lazımdır: “Biz artıq Trampla işləmişik və buna görə də tam əminik ki, ABŞ üçün NATO müttəfiqlərinin ən çox olduğu yerdir. Pekinin rolunun artdığı, Çin, Rusiya, Şimali Koreya və İranın çox mürəkkəb ittifaqlar yaratdığı bu dünyada ABŞ son 75 ildə NATO-nun qlobal ittifaqlarının nə qədər dəyərli olduğunu bird aha anlayır”.

Azpost.info

Əvvəlki məqalə

Bakının bu hissəsində “Hibrid Yaşıl Dəhliz” yaradılcaq

Sonrakı məqalə

Seçki təşviqatına yanvarın 15-də start veriləcək