ABŞ-ın nüvə təyyarədaşıyan gəmisi G7 sammitinin keçirildiyi yerə gəlib

ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə mühərrikli təyyarədaşıyan gəmisi “Nimitz” G7 Sammiti zamanı Yaponiya limanında olacaq

TASS agentliyi  xəbər verir ki, “Nimitz” gəmisi Yaponiyanın Kyuşu adasının şimal-qərbindəki Sasebo liman şəhərindəki dəniz bazasına gəlib. Yerli bələdiyyədən bildiriblər ki, o, Xirosimada keçiriləcək G7 Sammiti zamanı orada olacaq və mayın 23-də yenidən dənizə qayıdacaq.

“Nimitz” sonuncu dəfə dənizə 2014-cü ilin avqustunda çıxıb. O vaxt gəmi, Tayvanın cənub-şərqində Filippin dənizində patrul xidməti aparan ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə qrupunun başında olub.

Əvvəlki məqalə

Rayonlarda leysan, dağlıq ərazilərdə qar yağacaq

Sonrakı məqalə

Rusiyada mindən çox çağırışçı Finlandiyadan sığınacaq istəyib