“ABŞ-ın tövsiyələrinə əməl etməyə borclu deyilik” –Orban

Macarıstan Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampın tədarüklərdən asılılığı azaltmağa çağırışına baxmayaraq, ölkəsinin Rusiya nefti və qazını idxal etməyə davam edəcəyini bildirib.

Bu barədə AZƏRTAC yerli mətbuata istinadla xəbər verir.

Dövlət radiosuna verdiyi müsahibədə o vurğulayıb ki, dənizə çıxışı olmayan dövlət üçün boru kəməri tədarüklərindən imtina edilməsi hasilatı 4 faiz azaldaraq iqtisadiyyata ziyan vurardı. Orbanın sözlərinə görə, Budapeşt enerji siyasətində öz maraqlarını rəhbər tutacaq və ABŞ-ın tövsiyələrinə əməl etməyə borclu deyil.

“Macarıstan suveren ölkədir və özü qərar verir”, – deyə Orban Trampın Budapeşti Rusiya neftindən imtina etməyə inandıra biləcəyi ilə bağlı sözlərinə cavab verib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.