ABŞ-ın vitse-prezidenti Çin liderini iki ölkə arasında açıq ünsiyyətə çağırıb

ABŞ-ın vitse-prezidenti Kamala Harris Çin lideri Si Cinpinlə qısa görüş keçirib.

Azpost.info xəbər verir ki, Harris Çin liderini iki ölkə arasında açıq ünsiyyətə çağırıb.

Görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinin keçirildiyi Banqkokda baş tutub.

Harris ABŞ prezidenti Co Baydenin “iki ölkə arasında rəqabəti məsuliyyətlə idarə etmək üçün açıq ünsiyyət kanallarını saxlamalıyıq” mesajını bir daha diqqətə çatdırıb.

Azpost.info

Əvvəlki məqalə

“ABŞ-la diplomatik münasibətləri kəsməyə ehtiyac yoxdur”

Sonrakı məqalə

Qəbələdə 12 yaşlı qız dəm qazından boğularaq ölüb